Müəllimlərin ŞİKAYƏTİ – Təhsil Nazirliyinin REAKSİYASI

Müəllimlərin ŞİKAYƏTİ – Təhsil Nazirliyinin REAKSİYASI
Ədalətli rəqabət mühitinin qorunub saxlanılması problemlərin operativ və obyektiv həllindən keçir. Bu prinsipə isə cəmiyyətin bütün sahələrində toplum yanaşma olarsa, nailiyyət deməkdir.

Bu günlərdə müəllimlərin işə qəbulu (MİQ) məsələsində yaranmış problemlə əlaqədar Təhsil Nazirliyinin çevik və obyektiv addımı ilə bağlı təqdirəlayiq təcrübənin şahidi olduq. Hansı ki, Təhsil Nazirliyinin fəaliyyətinin səmərəli təşkili, gələcəkdə yarana biləcək istənilən çözümə münasibətdə bənzər nailiyyətlə nəticələnə bilər.

23 iyulda nə baş verdi?

İyulun 5-dən etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start verilib. İmtahanlarla bağlı ən çox narazılıq doğuran gün 23 iyulda qeydə alınıb. Belə ki, iyulun 23-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı keçirilib.

İmtahana 3 min 288 namizəd dəvət olunub və ən yüksək göstərici 53 bal olub.

Digər günlər isə Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən test imtahanında bir qədər yüksək bal toplayan namizəd çox olub. Sualların çətinliyi iyulun 23-də imtahan vermiş bir çox namizədlərin narazılığına səbəb olub.

Onlar etirazlarını sosial şəbəkə üzərindən dilə gətirərək, imtahanla bağlı müxtəlif şikayətlərini - suallar səhvdir, suallar çətindir, suallar çərçivədən kənardır kimi iradlarını bildiriblər.

Beləliklə, şəffaflıq, ədalət və bərabər imkanlar prinsipinin pozulduğunu bildiriblər. Bir sözlə narazı müəllimlər sosial hesablarında Təhsil Nazirliyindən test tapşırıqlarının araşdırılmasını tələb ediblər.

Emin Əmrullayev söz verdi

Sosial mediada yaranmış narazılıqlara elə oradaca Təhsil naziri Emin Əmrullayevdən dərhal adekvat münasibət və ədalətli cavab gəlir. Nazir şəxsi hesabındakı statusunda test suallarının çətinliyi ilə bağlı yaranmış narazılıqların dəf edilməsi üçün MİQ iştirakçılarına söz verir. Bildirir ki, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq və araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək.

Təhsil Nazirliyi hərəkətə keçir və ekspert komissiyası təyin olunur. İmtahan suallarının günlər üzrə tərtibatı, məzmunu və mürəkkəbliyi araşdırılır. Üç gün keçməmiş etiraz edən müəllimlərə, eləcə də ictimaiyyətə məlumat verilir.

Ədalətli araşdırma...

Ardınca isə 27 iyulda Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov 5 iyul tarixindən etibarən baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsində istifadə edilmiş sualların çətinliyinin araşdırıldığını TV-lər qarşısında əhatəli açıqlayır.

Bildirir ki, müxtəlif fənlər üzrə 5040 test tapşırığından ibarət sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib.

Suallarda səhv olmadığını və heç bir imtahan nəticəsinin ləğv olunmadığını açıqlayır.


Qurum rəsmisi hətta bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcəyini və onlar üçün təkrar  imtahan imkanı yaradılacağını da vurğulayır.

Açıqlamadan sonra Təhsil İnstitutuna sosial şəbəkələrdən kütləvi izdihamlı müraciətlər daxil olur və müxtəlif səhifələrdə qərar müzakirə olunur. İnstitutun rəhbərliyi şikayətləri şəxsən özü təmkinli şəkildə cavablayır və narahatedici məqamlara detallı aydınlıq gətirir.

Güclü idarəetmənin uğurlu çözümü...

Öz növbəsində Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov da bir daha MİQ imtahanlarında iştirak edən namizədlərə çağırış edərək onlara təkrar imtahan şansı yaradacaqlarını bəyan edir.

Bir şərtlə ki, imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq. İmtahanlarda iştirakın könüllülük prinsipini əsas götürən nazirlik namizədlər üçün konkret tarix də müəyyənləşdirir.

Nazirin problemə çevik adekvat reaksiyası, ictimaiyyətə operativ açıqlaması və yaranmış narazılıqla bağlı ədalətli qərarı Azərbaycan təhsilinə, bu təməli quran müəllimlərin səmərəli fəaliyyətinə töhfə verəcək.
 
Təsadüfi deyil ki, Emin Əmrullayev də dəfələrlə açıqlamalarında və müsahibələrində bildirib ki, məqsəd Azərbaycanın hər bir məktəbində savadlı, yüksək bilik və bacarığı ilə fərqlənən, səriştəli müəllimlərin olmasıdır. Çünki təhsilin müqəddəratını müəllim zümrəsi həll edir.

Son uğurlu "krizis idarəetmə” də məhz güclü idarəetmənin, şəffaf sistemin və ədalətli imkanların nəticəsidir.

Əlbəttə ki, iş olan yerdə problem də olmalıdır. Hər nə qədər  təhsilin mövcud şəraitində üzə çıxan çatışmazlıqlardan, neqativ hallardan yazsaq, tənqid etsək də ədalətlilik prinsipini də əsas tutmaq borcumuzdur.

O da faktdır ki, təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilir, amma hələ görüləcək çox işlər var. Müşahidələrimiz və təhlilimiz də onu göstərdi ki, bu sahəyə cavabdeh qurum və onun səlahiyyətliləri son hadisədə olduğu kimi təhsilin səviyyəsinin yüksəldilməsi üçün həqiqətən də çaba nümayiş etdirirlər. // Bizim.Media

OXŞAR XƏBƏRLƏR

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....