Müəllimlərə xəbərdarlıq — Qaydalar dəyişdi

Müəllimlərə xəbərdarlıq — Qaydalar dəyişdi
Təhsil nazirinin müşaviri Elnur Məmmədov İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklik münasibətilə müəllimləri təbrik edib.
 

 O, 3 müsbət dəyişiklik baş verdiyini xatırlayıb:

"1. Gənc ailənin üzvü olan müəllimlər (gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur) üçün: - Yeni redaksiyada "dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" qeyd edilir. Başqa sözlə, yalnız dövlət ümumtəhsil məktəbində deyil, o cümlədən, lisey, gimnaziya, internat məktəbləri, xüsusi məktəblər və s.-də çalışan müəllimlər də güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər. - Yeni redaksiyada "ən azı 5 il" deyil, "ən azı 3 il" iş stajı tələb olunur. Yəni, tələb olunan iş stajı müddəti də azaldılıb.
2. Dövlət ümumi təhsil müəssisəsində ən azı 15 il müəllim işləyən şəxslər də bu güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər. Əvvəllər, bu kateqoriya ümumiyyətlə nəzərdə tutulmayıb.

Hazırda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən güzəştli ipoteka kreditlərinin şərtləri belədir: maksimal məbləğ - 100 min AZN, maksimal müddət - 30 il, minimal ilkin ödəniş - 10%, maksimal faiz dərəcəsi - 3.7% (zəmanətlə) və 4% (zəmanətsiz)”.


OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...