“Müəllimlərə qəpik-quruş verib təhqir edirlər” – Xəzər Universitetinə ittiham

“Müəllimlərə qəpik-quruş verib təhqir edirlər” – Xəzər Universitetinə ittiham
Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub universitetin ona verdiyi məvacibə etiraz əlaməti olaraq bir müddət öncə istefa verib.

"Yeni Sabah”ın məlumatına görə, M.Yaqub universitetlə bağlı ittihamlar səsləndirib.

Belə ki, onun sözlərinə görə,  təqribən 40 nəfərlik auditoriyaya həftədə 2 dəfə 90 dəqiqə dərs deyən müəllimə bir qrup qarşılığında 160 manat məvacib yazılır. Haqqını rəhbərlikdən tələb edən Mail Yaqub daha sonra etiraz əlaməti olaraq işdən ayrılıb.

"Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır”, -  deyə M.Yaqub qeyd edib.

 

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Neft mədənlərinin ərazisini zəbt etməkdən doymayan makler-residivist Niyazi İsmayılov - FOTOLAR

Neft sənayesi Azərbaycan iqtisadiyyatının lokomotivi hesab olunur. Ona görə də ölkənin neft sənayesi obyektlərinin, boru xəttlərinin, neft quyularının təhlükəsi...

Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

 "Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır,...

İsmayıllı şəhəri ərazisində reydlər davam edir

"05 avqust 2020-ci il tarixdə növbəti reyd keçirilib. Şəhər ərazisində olan marketlər, həmçinin bazar və bazarətrafı ərazidə yerləşən ticarət, ictimai iaşə, x...

Atəşkəs 35 dəfə pozulub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka...

Kommunal borclar silinir? - Açıqlama

Karantin rejiminin 31 avqustadək qüvvədə olması və iş yerlərinin tam açılmaması yenidən başqa problemləri, kommunal xərcləri gündəmə gətirir. Məlumdur ki,...

Rəşad Sadıqova ağır itki

Millimizin sabiq futbolçusu, "Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqova ağır itki üz verib. Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, onun atası Fər...