Müəllimlərə imtahanda verilən suallardan səkkizi səhv çıxdı

Müəllimlərə imtahanda verilən suallardan səkkizi səhv çıxdı

Müəllimlərin 2018-2019 tədris ili üzrə işə qəbul imtahanı başlayandan bu günə kimi 2280 sual cavablandırılıb.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, həmin suallar arasında səkkizinin səhv olduğu müəyyənləşdirilib:

"Aşkar edilən yanlış suallara mütəxəssislər tərəfindən baxılıb və həmin sualların cavablarına düzəliş edilib. O cümlədən, imtahan keçirilən müddətdə texniki nasazlıqlarla bağlı müraciətlər olub. Həmin müraciətlər əməkdaşlar tərəfindən yerindəcə həll olunub”.

M.Vəliyeva imtahan bitdikdən sonra texniki nasazlıqla bağlı iddia irəli sürənlərə də səslənib:

"İmtahanın müddəti 90 dəqiqədir. Texniki nasazlıq bu müddət ərzində baş verirsə, iştirakçı problemi imtahan bitməzdən əvvəl deməlidir. O zaman problemin həll olunması imtahan nəticələrinə müsbət təsir edir. Belə ki, nasazlıq aradan qaldırılana qədər onun vaxtı dondurulur. İmtahan bitdikdən sonra irəli sürülən iddialara baxılsa da, bu şəxsin imtahan nəticələrinə heç bir təsir göstərmir. İmtahan zalında kompüterlərdə texniki nasazlıq yaranırsa, bu barədə dərhal məlumat versinlər”.

Nazir müavini onu da əlavə edib ki, imtahanlar bitdikdən sonra Təhsil Nazirliyi 8-24 iyul tarixlərində keçirilən imtahanlardabaş vermiş bütün narazılıqlar, nasazlıqlar və məzmunla bağlı səhvlər barədə açıqlama verəcək.

 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...