Müəllim şagirdə \"saçlarını kəsdir\" dedi, valideyn polisə şikayət etdi

Müəllim şagirdə \
Bakının daha bir məktəbində müəllimin şagirdi döyməsi xəbəri yayılıb.

Hadisə Binəqədi rayonundakı R.İmanov adına 205 saylı məktəbdə baş verib. İddia olunur ki, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Əzimova 2005-ci il təvəllüdlü Rəsul Şahin oğlu Əliyevi hədələyərək döyüb.

Valideyn polisə müraciət edərək bildirib ki, müəllim oğlanın saç düzümünə irad bildirib, kəsdirməsi üçün qorxudub, vurub. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları valideynin şikayəti əsasında müəllimədən izah alıblar.

Məktəbin direktor müavini Qurban Mustafayev virtualaz.orga-a deyib ki, müəllim şagirdin saçına irad bildirib, saçının qısaldılmasını istəyib. "Hadisə 2 gün əvvəl olub, müəllim bildirib ki, bu cür saçla məktəbə gəlmək düzgün deyil. Bu gün şagirdin yaxınları məktəbə gəliblər. Döyülmə faktı təsdiqini tapmayıb, müzakirələrdən sonra ümumi razılıq əldə olunub”.

Direktor müavini əlavə edib ki, uşaq hazırda dərsdədir, saçlarını isə kəsdirməyib.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...