Müdhiş dələduzluq: saxta sərhəd qapısı düzəltdi, insanlardan 10 min avro aldı...

Müdhiş dələduzluq: saxta sərhəd qapısı düzəltdi, insanlardan 10 min avro aldı...

Rusiyada bir fırıldaqça çox maraqlı üsulla insanları aldadıb.

Sfera.az xəbər verir ki, o, saxta sərhəd qapısı düzəldərək mühacirləri Finlandiyaya aparmaq adı ilə hərəsindən 10 min avro pul alıb. Finlandiyaya keçdiklərini düşünən insanlar ərazidə bir müddət yeriyib, daha sonra əsl sərhəd nəzarətçiləri tərəfindən saxlanılıblar.

Sərhəd işçiləri Cənubi Asiya ölkələrindən olan mühacirlərə hələ də Rusiya ərazisində, Vıborqun bataqlıqlı meşəliklərində olduqlarını bildiriblər.

Rusiya sosial şəbəkələrində yayılan videoda sərhəd mühafizəçilərinin qaranlıqda mühacirlərə fənər tutaraq yaxınlaşdığı, küknar meşəsində onların əllərini qaldırdığı görünür.

 

Fırıldaqçının mühacirlərdən 10 min avro aldığı bildirilir.

Santk-Peterburqda məhkəmə mühacirlərə qaydaları pozduqlarına görə, kiçik məbləğli pul cəzası verib və dördünü də ölkədən deport edib. Daha ciddi cəzalarla üz-üzə qalan fırıldaqçının cinayət işi isə davam edir. O, hazırda həbsdədir.(milli.az)


OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...