Müdafiə Nazirliyindən valideynlərə MÜRACİƏT
Cəmiyyət
19:30 / 29.09.2020
2645
Hərbi qulluqçuların valideynlərini narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin nəzdində sutka ərzində fasiləsiz fəaliyyət göstərən "qaynar telefon xətti” açılıb.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar (012) 406-68-58, (012) 406-68-84, (012) 406-72-52, (012) 406-72-77 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.
Eyni zamanda vətəndaşlardan telefon xətlərinin həddən artıq yüklənməməsi və normal qaydada fəaliyyət göstərməsi məqsədilə ehtiyac olmadığı halda zəng etməmələri xahiş olunub.