Müdafiə Nazirliyindən məhv edilən PUA ilə bağlı - RƏSMİ AÇIQLAMA
01:49 / 21.09.2020
4324
Müdafiə Nazirliyi məhv edilən PUA haqda açıqlama verib.
Sfera.az həmin açıqlamanı təqdim edir:
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.