No Image
No Image
No Image

Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni görüntülər yaydı - VİDEO

Müdafiə Nazirliyi təlimlərlə bağlı yeni görüntülər yaydı - VİDEO
 
Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, toplantıda əsas diqqət ixtisas və taktiki-xüsusi hazırlıq üzrə məşğələlərə yönəldilib. Məşğələlər zamanı səhra şəraitində avtomobil texnikalarının maskalanma üsul və vasitələri, silahlanmada mövcud olan  müasir mina əleyhinə qoruyucu istehkam kostyumları və minaaxtaranlar, ön xəttin qarşısında qurulacaq partlamayan piyada və tank əleyhinə mühəndis maneələrinin nümunələri, döyüş və avtomobil texnikalarının səngərləri və daldalanacaqları, "Pomnis-2” mina sahalərindən keçidaçma qurğusunun taktiki-texniki xüsusiyyətləri və iş prinsipi, mühəndis-müşahidə postlarından düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatının aparılması qaydaları nümayiş etdirilib.

Yekunda toplantıya cəlb edilmiş heyətdən fiziki və ixtisas hazırlığından məqbullar götürülüb.
 


OXŞAR XƏBƏRLƏR

Ermənilər ölmüş əsgərlərini quyulara atır – İnanılmaz görüntülər

Erməni faşistlər öz əsgərlərinin cəsədlərini xəndəyə atır, həqiqi itkiləri gizlətmək məqsədi ilə meyitləri ailələrinə qaytarmır. Əminik ki, Ermənistanın m...

Əsir götürülən erməni əsgər hər şeyi etiraf etdi - VİDEO

Əsir götürülən erməni hərbçilər sıralarında döyüşən muzdlular barədə danışıb. Sfera.az xəbər verir ki, onlardan biri bildirib: "Mən Mikayelyan Alber...

Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir - VİDEO

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbli...

Ordumuz düşməni belə məhv etdi - VİDEO

Müdafiə Nazirliyi gecə və gündüz artilleriya atışlarını əks etdirən video yayıb.  Sfera.az  həmin videonu təqdim edir:   ...

Ermənilərin qorxulu kabusu – HAROP - VİDEO

Davam edən II Qarabağ savaşında qazanılan uğurlarda həlledici rola malik olan əsas silahlardan biri pilotsuz uçan aparat - HAROP silahıdır. Məhz bu silah vəsitə...

Ermənilərin canlı qüvvə və hərbi texnikası məhv edildi - VİDEO

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Sfera.az  həmin görüntüləri təqdim edir:   ...