Müdafiə Nazirliyi partlayışlarla bağlı məlumat yaydı - Əhaliyə çağırış
Cəmiyyət
13:28 / 11.01.2022
784
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.