No Image
No Image

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
2021-ci il tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilir.

Döyüş şəraitinə uyğun bölmələrin aerozol maskalanması fəaliyyətləri məşq etdirilir.

Əsas diqqət döyüş əməliyyatlarının müxtəlif növlərində radiasiya, kimyəvi və bakterioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün tərbiyə edilməsinə yönəldilib.

Bölmə komandirlərinin taktiki-xüsusi və xüsusi hazırlıq məşğələlərinin keçirilməsi üzrə peşəkar və metodiki vərdişləri inkişaf etdirilib.

Bundan əlavə, plana uyğun olaraq şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən kütləvi qırğın silahından mühafizə (KQSM) üzrə məşqlər zamanı "Ən yaxşı KQSM taqımı” adı uğrunda yarış keçirilib.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

29 sahibkarlıq subyekti cərimələndi

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olun...

Bakı-Sumqayıt yolu bağlandı

Sıxlıq və tıxacların aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-cü kilometrində, "VAZ dairəsi” kimi adl...

AzTV-də audit yoxlaması aparılır

"Azərbaycan Televiziya və Radio Verilişləri"Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır. Sfera.az xəbər verir ki, bu barədə AzTV-nin Sosia...

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat e...

Xəzərdə hava şəraiti necə olacaq? - Agentlik

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidr...

Daha 2 korona xəstəsi ictimai yerlərdə aşkarlandı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən mayın 7-də respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb....