Müdafiə Nazirliyi: \"Kəlbəcər istiqamətində atəşkəs pozulmayıb”
00:38 / 06.06.2021
1905
Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.
Bununla bağlı Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:
"Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır”.