Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı – RƏSMİ
09:39 / 23.09.2020
3433
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.