“Mucize Doktor”un ulduzu evləndi - FOTO
17:09 / 28.06.2021
1955
Məşhur türkiyəli aktyor Taner Ölməz evlənib.
Sfera.az bildirir ki, aktyor bu gün həmkarı Ece Çeşimoğlu ilə nikah masasına oturub. "Çox xoşbəxtik. Pandemiyaya görə, az adamla toyumuzu edirik”, - deyə cütlük jurnalistlərə açıqlama verib.
Qeyd edək ki, Taner Ölməz "Mucize Doktor”, "Medcezir” kimi seriallardakı rolu ilə tanınıb. O, aktrisa Ece ilə uzun müddətdir eşq yaşayırdı.
Türkan
Sfera.az