“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız - VİDEO

“Mübariz” postunun alınmasında iştirak edən xüsusi təyinatlımız - VİDEO
"Azərbaycan əsgəri olmaq bir addım öndə olmaq deməkdir”.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Vətən Müharibəsi qazisi, xüsusi təyinatlı hərbçimiz Elmar İbrahimov deyib.

Onun sözlərinə görə, illərdir işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün gecə-gündüz hazırlaşıb, təlimlər keçiblər:

"Nəhayət, o gün gəldi. Tapşırıq verildi ki, alınmalıdır!”

Qazinin atası Sücaət İbrahimov bildirib ki, uşaqlıqdan Elmar məktəbdə və idmanda uğurlar əldə edib, hər zaman onunla fəxr edib.

Qeyd edək ki, işğal altında olan torpaqlarımızın azad olunması yolunda igidliklə vuruşan oğullarımız şanlı tarix yazır. Canları, qanları ilə. Analar oğullarını Vətənə qurban verir. Bu ailənin də iki şəhidi var. Valideynlər oğullarının şəhid olması, yaxud yaralanmasına yox, səngər yoldaşlarından tez ayrılmalarına heyifsilənirlər.

Xatırladaq ki, Elmar İbrahimov 1997-ci ildə Lənkəran rayonunun Darquba kəndində dünyaya gəlib. Yeniyetməlik yaşlarından idmanla məşğul olan Elmar bir sıra respublika yarışlarının qalibi olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. 2014-2017-ci illərdə Rusiya Federasiyasında keçirilən Qaydasız döyüş idman növü üzrə Avropa 3-sü olub. Peşəkar idmanla məşğul olan Elmar III kursda təhsilini yarıda qoyub ordu sıralarına gedib.

Goranboy rayonundakı N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurandan az sonra yenidən müddətdən artıq hərbi xidmətə yazılıb. Çətin sınaqlardan keçərək xüsusi təyinatlılar taboruna qəbul olunub. Erməni hərbi birləşmələrinin ölkəmizə qarşı hərbi təcavüzünə qarşı başlanan əks hücum əməliyyatlarında fəal iştirak edib.

Murovdağ zirvəsinə üçrəngli bayrağımızı taxan taborun qəhrəmanlarından biri olub. Ardınca "Qisas” postu, "Mübariz” postu, Suqovuşan və daha 20 erməni postunun alınmasında iştirak edib.///Report


OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...