Mübariz Mənsimovun tankerində faciə: 1 ölü, 3 yaralı

Mübariz Mənsimovun tankerində faciə: 1 ölü, 3 yaralı

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun "Palmali" şirkətlər qrupuna məxsus 

tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib. Hadisə

 İtaliyanın Vasto limanı istiqamətində baş verib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə "Palmali Shipping" şirkətinə məxsus, Rusiya bayrağı altında 

üzən "Araz River" tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə 

işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması

 nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

 İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin baş verənlərdən sonra tanker 

yenidən Vasto limanına geri qayıdıb.


OXŞAR XƏBƏRLƏR