\"Mübariz Mənsimovun həbsi Türkiyənin daxili işidir\"- Deputatlardan REAKSİYA

\
Bir neçə gün öncə Türkiyə Respublikasında yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov saxlanılıb.

Sfera.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a deputat Cavid Osmanov açıqlama verib. Deputat qeyd edib ki, Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib: "Bu təbii ki, Türkiyənin özünün daxili işidir. Çünki qardaş Türkiyə demokratik, hüquqi dövlətdir. Orada yaşayan insanlar da Türkiyənin qanunlarına əməl etməlidir. Qanunları pozan insanlar hüquq-mühafizə orqanları tərəfindən izlənilir. Yekun qərarı isə məhkəmə verir. Mübariz Mənsimovun həbsindən sonra bəzi dairələr, xüsusilə radikal müxalifət çalışır ki, insanları çağırış vasitəsilə kütləvi aksiyalara dəvət etsinlər. Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusla (COVID-19) mübarizə aparılır. Dövlətimiz tərəfindən koronavirusla bağlı çox ciddi işlər görülür. İnsanların bir müddət bir yerə toplaşması qadağan olunub. Ali və orta məktəblər, eləcə də bəzi iş yerləri bağlanılıb. Heç bir Azərbaycan vətəndaşının sağlamlığını düşünmədən onlar çalışırlar ki, Mübariz Mənsimovun bəzi çıxışlarını Azərbaycan dövlətinin əleyhinə istifadə edib, özlərinin çirkin, məkirli, qara əməllərini reallaşdırmaq üçün insanları aksiyaya dəvət etsinlər. Təbii ki, bu yolverilməzdir. İnanıram ki, bunun qarşısı çox ciddi şəkildə alınacaqdır. Azərbaycan vətəndaşlarının bugünki vəziyyətdə heç bir çağırışlara getməməsini tövsiyyə edirik. Çünki bu həm özləri üçün, həm də bütövlükdə Azərbaycan cəmiyyəti üçün təhlükə yarada bilərlər. Azərbaycan vətəndaşı analamalıdır ki, onlar bu hadisələrdən öz məqsədlərini həyata keçirmək üçün istifadə edirlər".
 
Deputat Azər Badamov vurğulayıb ki, Mübariz Məsimovun həbs olunması Türkiyənin daxili işidir: "Düşünürəm hardasa qanun pozuntusu və ya şübhəli məqamlar olub ki, onun barəsində həbs qərarı verilib. Nəyə görə həbs olunduğu isə məhkəmənin qərarından sonra bilinəcək".

OXŞAR XƏBƏRLƏR