Mübariz Mənsimovdan SƏRT BƏYANAT: O satqın...

Mübariz Mənsimovdan SƏRT BƏYANAT: O satqın...
Sosial şəbəkələrdə"Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında məlumat paylaşılıb.

Sfera.az Axar-a istinadən xəbər verir ki, şirkət adından yayılan açıqlamada məlumatların həqiqəti əks etdirmədiyi və təxribat xarakteri daşıdığı bildirilib:

"Palmali Şirkətlər Qrupu”nun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun Azərbaycanın milli maraqları, millətin rifahının daha da yüksəldilməsi istiqamətində gördüyü işlər bəzi xəstə təfəkkürlü, Azərbaycanın əleyhinə olan qüvvələr tərəfindən həmişə narahatlıqla qarşılanıb. "Palmali Şirkətlər Qrupu”nun prezidenti adına sosial səbəkələrdə saysız-hesabsız hesablar açılıb və bunun qarşısını almaq qeyri-mümkündür. Ötən gün axşam saatlarında yalançı səhifələrdən birində guya Mübariz Mənsimovun Azərbaycanın parçalanması istiqamətində fəaliyyət göstərdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş Fəxrəddin Abbasova dəstək verməsi haqqında yazı paylaşılıb. Bunun bizimlə heç bir əlaqəmiz yoxdur. Mübariz Mənsimov heç vaxt Azərbaycana qarşı olanlara dəstək verməyib və verməyəcək. Fəxrəddin Abbasov separatçı, vahid vətənimiz olan Azərbaycanın parçalanması üçün hətta erməni murdarları ilə sıx əməkdaşlıq etməkdən belə çəkinməyən əqidəsiz, satqın, mənliyi olmayan bir məxluqdur”.

Açıqlamada həmçinin qeyd edilib ki, Mübariz Mənsimovu hansısa formada belə adamla əlaqələndirməyin özü cinayət əməlidir: "Bildiririk ki, bu statusu paylaşan səhifə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Mübariz Mənsimov hər zaman bəyan edib: "Azərbaycanı parçalamaq istəyən və bu fikrə düşən qarşısında, ilk növbədə, məni görəcək. Mənim vətənim vahid, bütöv Azərbaycandır. Həmişə bu müqəddəs amalla yaşamışam və heç nə, heç kim məni bu yoldan döndərə bilməz”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...