Mübariz Mənsimova qarşı cinayət işi bağlandı, dərhal təzəsi açıldı

Mübariz Mənsimova qarşı cinayət işi bağlandı, dərhal təzəsi açıldı

Türkiyədə mənzillənmiş azərbaycanlı oliqarx, "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimova qarşı bir müddət əvvəl qaldırılmış və onun fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunduğu cinayət işi "dəlillərin yetərsiz olduğu” üçün bağlanıb. Lakin Mənsimova qarşı dərhal yeni cinayət işi açılıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan "Yeni Akit” qəzeti yazır. Qəzet Mənsimova qarşı açılan ikinci cinayət işinin təfərrüatları barədə məlumat vermir, eyni zamanda qeyd edir ki, iş adamının bu dəfə nədə ittiham olunduğu məlum deyil.

 

Mənsimovun özü isə dünən axşam İstanbul xəstəxanalarından birinə yerləşdirilib. Onun bir neçə gün əvvəl əməliyyat olunduğu xəbər verilirdi. "Qafqazinfo” bildirir ki, Mənsimovun səhhəti yenidən ciddi ölçülərdə pisləşib və onu xəstəxanaya aparıblar.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...