Mübariz İbrahimovu təhqir edən psixoloqla bağlı ekspertiza rəyi

Mübariz İbrahimovu təhqir edən psixoloqla bağlı ekspertiza rəyi
 

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təyin edilən ekspertizanın nəticəsi açıqlanıb.
 

Sfera.az  Bizimyol.info-ya istinadən xəbər verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elçin İsmayılov psixoloq Nərmin Şahmarzadənin "Facebook"da Mübariz İbrahimov haqqında yazdığı fikirlərlə bağlı rəyini verib. Həmin rəy həm Nərmin Şahmarzadənin özünə də göndərilib, Ş.İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmova da təqdim olunub.
 

"... öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardır",- deyə rəydə yazılıb.

Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi müzakirə olunmalıydı, lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlmədiyinə görə mümkün olmayıb. Hakim bildirib ki, oktyabrın 21-də keçiriləcək növbəti məhkəməyə də gəlməsə, onun haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

 

Milli Qəhrəmanın anasının vəkili Ramil Rüstəmov Bizimyol.info-ya bildirib ki, ekspertiza rəyi obyektivdir: "Bu rəydən sonra onun cinayət məsuliyyətinə cəlb olunması labüddür. Çünki ortada rəy var ki, Milli Qəhrəman təhqir olunub".

Ş.İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini - həbs olunmasını istəyir.

N.Şahmarzadə isə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, ötən il dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb.

Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

Onun meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.



OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil K...

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.   Qeyd o...