MTN generalına qarşı 800 minlik iddia qaldırıldı

MTN generalına qarşı 800 minlik iddia qaldırıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinov, nazirlikdə idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə elan edib ki, zərərçəkmişlərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırıb. M.Yusifov ona dəymiş 315 min dollar real ziyanın, 300 min manat isə mənəvi ziyanın ödənilməsini tələb edib. İddia məhkəmə icraatına qəbul edilib.
 
Daha sonra Nizami Şirinovun vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

İş üzrə ilkin məhkəmə baxışı oktyabrın 7-ə təyin olunub.

Xatırladaq ki, bu işdə zərərçəkmiş Mirzəli Yusifov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi olub. Ondan əvvəl isə Müdafiə Nazirliyinin 112 saylı alayının komandiri olub. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra polkovnik M. Yusifov işdən azad edilib. 2014-cü ildə M.Həsənov rüşvət almaqda ittiham edilərək həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nizami Şirinov və digər təqsirləndirilən şəxslər barəsində birlikdə zor göstərilməsi, rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsi, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alması, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə Nizami Şirinov barəsində həbs qətimkam, digərləri barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin daşınmaz əmlakları üzərinə həbs qoyulub.
 
Qafqazinfo.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda dini toy karvanı təşkil edənlərin FOTOLARI

Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edən, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini ...

DİN saxta COVID-19 pasportu alanlara XƏBƏRDARLIQ ETDİ

"Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək, sadəcə geci, tezi var”. Sfera.az bildirir ki, bunu  açıqlamasında Daxili İşlər Nazirl...

Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı

Bərdə Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Tahirə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sonuncu keçirilən prosesdə h...

Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs saxlanıldı - FOTOLAR/VİDEO

Nərimanov rayonunda 8 avtomobildən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Nərimanov...

Bloqerin həyat yoldaşı döyülərək ölüb? - RƏSMİ AÇIQLAMA

Tanınmış bloqer Ayşən Mirzəyevanın bir həftə öncə birgə nikaha daxil olduğu əri Kamal Namazov vəfat edib. A.Mirzəyeva iddia edib ki, bir neçə gün öncə əri iki n...

Qubadlıda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı - FOTOLAR

Qubadlı rayonunda ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat ver...