MSK və siyasi partiyalar pulları hara xərcləyir? – AÇIQLAMA

MSK və siyasi partiyalar pulları hara xərcləyir? – AÇIQLAMA

"Sözügedən quruma ayrılan vəsaitin böyük hissəsinin mənimsənilməsi ehtimalı var. Bu quruma ayrılan həmin vəsaitlərin qeyri-rasional xərcləndiyini və yaxud müxtəlif korrupsiya sistemlərinin qurbanı olduğunu ehtimal etmək olar”.


Sfera.az-a açıqlamasında bu sözləri rayonlarda seçki ilə bağlı təşkilatçılığın yerli icra orqanları tərəfindən aparılması fonunda son 3 seçki üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılan 200 milyon manatdan çox vəsaitin hara xərcləndiyi məsələsinə aydınlıq gətirərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib.

 

Onun sözlərinə görə, MSK-nın cəmiyyət qarşısında hesabatlı olmaması belə durumun yaranmasına gətirib çıxarıb: "Əslində MSK üçün ayrılan vəsaitlərin böyük hissəsi avadanlıqların və çap materiallarının alınmasına xərclənməlidir. Ən böyük problem budur ki, həmin avadanlıqların alınması zamanı xəırclənən vəsaitin istiqaməti və qiyməti barədə MSK heç zaman məlumat verməyib. Əslində, bununla bağlı MSK tender elan etməli və onun nəticələrini elan etməlidir ki, qiymətlər məlum olsun. Sadəcə, qeyri-rəsmi məlumatlar əsasında bilirik ki, MSK çox baha qiymətə avadanlıqlar və çap materialları sifariş edir. Nəticə etibarə ilə bu quruma ayrılan vəsaitin qeyri-rasional xərcləndiyini və yaxud müxtəlif korrupsiya sistemlərinin qurbanı olduğunu ehtimal etmək olar. Təəssüf ki, bunu əminliklə deyə bilmərik, hüquq-mühafizə orqanları araşdırmalıdır. Amma Azərbaycanda mövcud "oyun qaydaları”nın nədən ibarət olduğunu yaxşı bildiyimizdən, belə demək mümkünsə ayrılan vəsaitin böyük hissəsi doğru-düzgün xərclənmir”.

 

Həmsöhbətimizin fikrincə, sözügedən qurum tərəfindən alınan avadanlıq və çap materialları çox baha qiymətə sifariş edilir: "Nəticədə də sözügedən quruma ayrılan vəsaitin böyük hissəsinin mənimsənilməsi ehtimalı yaranır. MSK avadanlıq və çap materiallarını hansı qiymətə aldığını elan etməyə borcludur. Çünki həmin vəsait büdcədən ayrılıb və vətəndaş, cəmiyyət olaraq bu detalları bilməyə haqqımız var”.


 

AMİP Siyasi Şurasının üzvü Əli Orucov sayta açıqlamasında bildirdi ki, MSK həmin vəsaitlərin hara getdiyinin hesabatını verməlidir: "Azərbaycanda rəqəmlərin şişirdilməsi tendensiyası mövcuddur. Əslində, MSK-ya son 3 seçkini keçirmək üçün ayrılan 200 milyon manatlıq məbləğin üçdə birilə ideal seçki keçirmək olardı”.


O, yaranmış vəziyyəti korrupsiya əlaməti kimi dəyərləndirdi:"Problem odur ki, Azərbaycanda aşkarlıq, hesabatlılıq yoxdur. Ona görə də ayrılan dövlət vəsaitinin hara xərcləndiyi bilinmir. Yalnız çox sonradan, hansısa siyasi məqsəd naminə kimisə "vurmaq” lazım gələndə, məlum olur ki, ayrılan belə vəsaitlər hansısa mənfi yollarla mənimsənilir. Təəssüf ki, bu kimi neqativ hallar Azərbaycanda tək MSK-da deyil, bütün strukturlarda hökm sürür”.


Digər vacib məsələ isə ondan ibarətdir ki, əgər dövlət MSK-ya və partiyalara, xüsusən də hakim partiya olan Yeni Azərbaycan Partiyasına on milyonlarla manat büdcə ayırırsa nəyə görə seçki təşkilatçılığı ilə icra hakimiyyətləri məşğul olmalıdır? Digər bir sualın cavabı da açıq qalır: Əgər rayonlarda seçki təşkilatçılığı ilə icra hakimiyyətləri məşğul olubsa o zaman MSK-ya son 3 seçkidə ayrılan 200 milyon manata yaxın vəsait hanı? Niyə görə partiyalar özlərinə ayrılmış büdcə ilə fəaliyyətlərini təşkil etmək əvəzinə administrativ resurslarla gün keçirtmək istəyirlər. Belə olan halda partiyalara ayrılmış büdcələr nəyə xərclənir?


Sfera.az seçkilərə icra hakimiyyətlərinin müdaxiləsi ilə bağlı sosial-şəbəkələrdə qaldırılan mövzuların araşdırmasını davam edəcək.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...