MSK-nın qarşısında gərginlik: POLİS AKSİYANI DAĞITDI
MSK-nın binası qarşısındakı qanunsuz etiraz aksiyasına seçkilərin nəticələrindən narazı qalmış digər namizədlər, həmçinin müxalifət xadimləri də qoşulublar.
Onların arasında ReAl-ın keçmiş liderlərindən olan Azər Qasımlı, NIDA üzvü Turqut Qəmbər, deputatlığa namizəd Fərhad Mehdiyev və başqaları da olublar.
Ancaq deputatlığa namizədlər və onların tərəfdarları ərazini tərk etməkdən imtina edərək, onların qarşısına MSK sədri Məzahir Pənahovun çıxmasını tələb ediblər.
Bir müddət sonra əraziyə onlarla polis gəlib, onlar da etirazçılardan əraziləri azad etmələrini tələb ediblər. Tələbləri qulaqardına vurulduqda, onlar qanunsuz aksiyanı dağıtmağa və üzvlərini saxlamağa başlayıblar.
Saxlanılanların hamısı hadisə yerinə gətirilən avtobuslara mindirilib. (virtualaz.org)