MSK Mehman Hüseynova xəbərdarlıq etdi

MSK Mehman Hüseynova xəbərdarlıq etdi
 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi seçki dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənova və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edilib.

Sfera.az xəbər verir ki, həmin dairədən namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış Kəmaləddin Qafarovun səlahiyyəti nümayəndəsi MSK-ya müraciət edərək bildirib ki, Kəmaləddin Qafarov seçicilərlə görüşən zaman Ülvi Həsənov və Mehman Hüseynov əvvəlcədən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək K.Qafarova qarşı kampaniya aparıblar.

MSK müraciəti araşdıraraq qeyd olunanların həqiqətə uyğun olduğu qənaətinə gəlib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və Mehman Hüseynova xəbərdarlıq etmək barədə qərara gəlib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, M.Hüseynov eyni zamanda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. (report)



OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...