MSK-dan ŞOK QƏRAR: Bu seçki dairəsinin nəticələri ləğv olundu - RƏSMİ

MSK-dan ŞOK QƏRAR: Bu seçki dairəsinin nəticələri ləğv olundu - RƏSMİ

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

"Report” xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katini bildirib ki, aktların araşdılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasına komissiya tərəindən mane yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraqfevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSk-ya müraciətləri təmin edilsin.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Sfera.az xatırladır ki, ilkin nəticələrə görə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadənin qalib gəldiyi bildirilmişdi.

OXŞAR XƏBƏRLƏR

Koronavirusla bağlı şaiyə yayanlar həbs edilə bilməz – Hüquqşünasdan açıqlama

"Əslində burada söhbət hansı subyektin yalan məlumat yaymasından gedir”. Sfera.az-a açıqlamasında bu sözləri Baş Prokurorluq və Daxili İşlər Nazirliyini...

Aİ-92 markalı benzin niyə ucuzlaşmadı? - Ekspertdən “bahalaşacaq” açıqlaması

"Azərbaycan hökuməti Aİ-95 və Ai-98 markalı benzinin qiymətini istehlakçılara qarşı sayğısızlıq olmasın deyə aşağı salıb”.   Sfera.az-a açıqlamasınd...

Dərslər yenidən təxirə salındı – NOVRUZ BAYRAMINDAN SONRAYA

  Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam et...

"Həmin ziyafətdə spirtli içki olmayıb, Çingiz Qənizadə bunu hardan çıxartdı?" - Abel Məhərrəmov

Milli Məclisin sabiq deputatı, akademik Abel Məhərrəmov keçmiş deputat həmkarı Çingiz Qənizadənin Speys TV-də yayımlanan "Sadə həqiqətlər” verilişində onun haqq...

“Özünüz də bilirsiniz, o adam kimdir...” – Maska və spirt qıtlığını kimlər yaradır?

"Özünüz də apteklərin kimə tabe olduğunu, kimin inhisarında olduğunu bilirsiniz. İndi həmin yoldaşın adını çəkmək istəmirəm. Həmin yoldaşın özü də bir qədər m...

Məktəblər iki həftəlik işini dayandırsın, həmin dərslər yayda keçirilsin - EKSPERT

"Məktəblər, universitetlər başdan-ayağa dezinfeksiya olunmalıdır”. Sfera.az-a açıqlamasında bu sözləri İrandan gələn koronavirus təhlükəsinin Azərbaycan...