MSK 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciəti təmin etməyib

MSK 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciəti təmin etməyib
 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 66 saylı Biləsuvar Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Lətifə Əliyevanın müraciətinə baxılıb.


Sfera.az xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.


T. Həsənov bildirib ki, müvafiq DSK-nın qərarından narazı qalan L. Əliyeva müraciətində bildirib ki, səsvermə günü normal müşahidəyə imkan verilməyib, digər qanun pozuntularına yol verilib. Ancaq MSK-nın araşdırması zamanı qanun pozuntularına yol verilməsi ilə bağlı iddialar əksini tapmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı da bu dairə üzrə məntəqələrdə pozuntular aşkarlanmayıb.

 

MSK müraciəti təmin etməyib.


Qeyd edək ki, bu dairədə lider namizəd Bəhruz Məhərrəmovdur.(Apa)


OXŞAR XƏBƏRLƏR