MSK: 10 siyasi partiya seçkilərlə bağlı müraciət edib

MSK: 10 siyasi partiya seçkilərlə bağlı müraciət edib

Artıq bələdiyyə seçkilərində iştirak etmək üçün 15 226 passiv seçki hüququna malik vətəndaş dairə seçki komissiyalarına müraciət edib.

Sfera.az trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, namizədlər öz sənədlərini götürərək imzalar toplayırlar.

R.Qasımov vurğulayıb ki, dairə seçki komissiyalarına namizədlərin sənədlərinin geri qaytarılması prosesi də artıq başlayıb.

Onun sözlərinə görə, ümumilikdə 10 siyasi partiya öz namizədliyini irəli sürmək istəyən üzvlərinin qatılması üçün MSK-ya müraciət edib: "Amma bundan başqa, müstəqil olaraq partiya təmsilçiləri də bələdiyyə seçkilərində fəallıq nümayiş etdirirlər. Bu günə olan məlumata əsasən, 33 siyasi partiya mənsubiyyətini qeyd edən passiv seçki hüququna malik olan vətəndaş seçkilərdə öz gücünü sınamaq niyyətindədir. Bununla bağlı sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər".


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...