MŞ beynəlxalq media qurumlarına müraciət ünvanladı

MŞ beynəlxalq media qurumlarına müraciət ünvanladı
Mətbuat Şurası AZTV-nin çəkiliş qrupunun Ağdam rayonunun Bənövşələr qəsəbəsində atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanlayıb.
 
Sfera.az xəbər verir ki, müraciətdə bildirilir:

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AZTV) cəbhəboyu zonaya ezam olunmuş çəkiliş qrupu 19 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub. Hadisə Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş verib. Nəticədə AZTV-nin müxbiri 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu (Anar Şuşalı) yaralanıb.

Məlumat üçün bildirək ki, Anar Şuşalı cəbhə bölgəsində baş verən proseslər, xüsusən də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatlar barədə ölkə və dünya ictimaiyyətini mütəmadi məlumatlandıran jurnalistlərdəndir. Hazırda o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycan Mətbuat Şurası jurnalistlərin hücuma məruz qalmalarını qətiyyətlə pisləyir.

Təəssüflə bildiririk ki, işğalçı Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı ağır artileriya və digər qurğulardan istifadə etməklə həyata keçirdiyi hücumlar davam edir. Dünyanın media ictimaiyyətinin diqqətini bu fakta çəkərək onu da təəssüflə vurğulayırıq ki, Azərbaycanın belə anti-humanist hücumdan zərər çəkən media təmsilçiləri az deyil. Oxşar xoşagəlməz hadisə bir müddət öncə də baş vermişdi. Bu isə onu deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistlərə məqsədli şəkildə atəş açaraq onların fəaliyyətlərinə maneçilik törədir, həyat və sağlamlıqları üçün təhdid yaradırlar.

İşğalçı Ermənistan demokratik dəyərlərə, humanizm prinsiplərinə qarşı vandal münasibətini söz və ifadə azadlığına münasibətdə də göstərməkdədir. Azərbaycan Mətbuat Şurası sizləri bununla bağlı ciddi mövqe nümayişinə çağırır.

Mətbuat Şurası ümüd edir ki, jurnalistlərə silahlı təzyiq məsələsində dünyanın aparıcı media qurumlarının ortaya qoyacaqları barışmazlıq xətti, həssas, prinsipial yanaşma tərzi faciələrə yol açma ehtimalı böyük olan bu kimi halların qarşısının alınmasına kömək göstərəcək”.

Qeyd edək ki, müraciət rus və ingilis dillərinə tərcümə edilərək dünyanın aparıcı media qurumlarına, o cümlədən Azərbaycan Mətbuat Şurasının üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına və Avropa Mətbuat Şuraları Alyansına göndərilib.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...