\"Ömrümdə ilk dəfədir ki, hisslərimi ifadə etməyə çəkinlik çəkirəm\"

\
"Doğma Kəndim Azadlıqda! 27 il mənfur ermənilərin işğalı altında qalan, uşaqlığımın, gəncliyimin ən gözəl anlarının şahidi, doğma yurdum Aşağı Güzlək müzəffər ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində bu gün əsarətdən azad olundu. Ömrümdə ilk dəfədir ki, hisslərimi ifadə etməyə çəkinlik çəkirəm. Sevinc, qürur, inam, hörmət və minnnətdarlığın çuğlaşdığı qəribə bir ovqatın təsiri altındayam. O qədər xoş, o qədər təmiz, o qədər böyük hisslərdir ki..."

Sfera.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

"Cənab Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun zəfər yürüşünün işğalda olan son qarış torpağımızın yağı tapdağından qurtulmasına qədər davam edəcəyinə, bayrağımızın tezliklə Xankəndində dalğalanacağına bütün varlığımla inanıram. Qarabağ Azərbaycandır!" - deputat qeyd edib.

OXŞAR XƏBƏRLƏR