Mövlud Çavuşoğlu Ermənistana XƏBƏRDARLIQ ETDİ

Mövlud Çavuşoğlu Ermənistana XƏBƏRDARLIQ ETDİ
"Ermənistan vaxtilə işğal altında saxladığı və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb. Ancaq bu gün Azərbacan höküməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq”.

Sfera.az bildirir ki, bunu "Report"un ABŞ bürosuna müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycana əlindən gələn dəstəyi verir və gələcəkdə də verəcək: "Ancaq Qarabağda yenidənqurma işlərinin sürətlənməsi üçün ermənilər tərəfindən həmin ərazilərdə basdırılan minaların təmizlənməsi lazımdır. Bunun üçün kifayət qədər texnologiya da var. Ancaq həmin ərazilərdə minaların harada basdırıldığı məlum deyil. Ermənilər minalanmış ərazilərin bəzilərinin xəritələrini Azərbaycana veriblər, ancaq digərlərini isə hələ də verməyiblər.

Hesab edirəm ki, Ermənistanın ən qısa zamanda bu məsələləri asanlaşdırmaq, sülh və əməkdaşlıq münasibətlərini normallaşdırmaq istiqamətində müsbət addımlar atması lazımdır. Ermənistan həmin ərazilərdə basdırdığı bütün mina xəritələrini ən qısa zamanda Azərbaycana verməlidir. Çünki ərazilər minalardan təmizlənməlidir ki, insanlar öz yurd-yuvalarına dönərkən həyatlarını itirməsinlər. Can Azərbaycan heç vaxt tək olmayıb və biz heç bir vaxt Azərbaycanı tək buraxmayacağıq. Bunu hər kəs bilsin!”

OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...