Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi
"Azərbaycandakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan əsgərinə, ordusuna necə kömək etdiyinin şahidi oldum. Azərbaycandakı qardaşlarımızla fəxr edirəm. Biz "Bir millət, iki dövlət”ik və xüsusiyyətlərimiz də birdir".

Sfera.az İTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Yanğın zamanında olduğu kimi, həmişə yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə, nazirlərinə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Əvvəlcə qardaşım Ceyhun mənimlə əlaqə saxladı. Daha sonra fövqəladə hallar naziri Kəmələddin Heydərov mənə zəng etdi və cənab Prezidentin tapşırığı ilə əlaqə saxladığını bildirdi. O, Türkiyəyə yardım göndərmək istədiyini söylədi. Həmin vaxt həyat yoldaşım və meşəçilik naziri yanımda idi. Biz də təşəkkürümüzü bildirdik. Telefon zəngindən sonra Azərbaycandan 100-dən çox yanğınsöndürən göndərildi. Bu çətin günlərdə qardaşlarımızın bizi düşünməsindən məmnun qaldıq. Bir daha təşəkkürümüzü bildiririk” - XİN başçısı deyib.


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...