“Mövcud peyvəndlərin yeni versiyaları hazırlanmalıdır...” – Yeni ştamma qarşı yeni vaksin?
11:36 / 14.07.2021
1105
Xəbər verdiyimiz kimi Azərbaycanda 31 nəfərdə
koronavirusun "Delta” variantı aşkar olunub. Eyni zamanda 9 nəfərdə "Alfa” (
Britaniya) ştammı müəyyən edilib. Artıq bu istiqamətdə dünyada, eləcə də ölkəmizdə
həyəcan təbili çalınır və qurumlar vətəndaşları ehtiyatlı olmağa, karantin
qaydalarına əməl etməyə səsləyir.
Sfera.az-ın məlumatına görə, bununla bağlı
tibb elmləri doktoru, professor Musa Qəniyev deyib ki, bu gün insanlığın faciəsi
COVİD-19 və onun ştammları deyil, faciə
məlum təbliğatın, onları istiqamətləndirdiyi vahimə, stress, ümidsizlik,
yaxınları vaxtsız itirmək qorxusudur:
"Aprel-may aylarındakı kütləvi yoluxma və
hazırkı vaksinasiyanın əhatə dairəsi, ölkəmizdə kollektiv immunitetin formalaşdığını
sübut edir. Azərbaycanda koronavirusun fəsli dəyişikliklərə uyğun olaraq, gələcəkdə
- ildə iki dəfə nisbi artımı ola bilər. Lakin bir də heç bir vaxt onun mütləq
alovlanması, ölüm törətmə ehtimalı ola bilməz və olmayacaq.
Nəzərə almaq lazımdır ki, "Delta” və
"Delta-plyus” ştammları fərqli yox, eyni mutantlardır və bu səbəbdən də onların
arasında prinsipial fərqlilik ola bilməz.
Bu ştammların patoloji fəallığının yüksək olması reallıq yox, yalnız
kimlərinsə "xəyalı istəyi"dir. Çünki bu halda mövcud peyvəndlər modifikasiya
olunmalı, onların yeni versiyaları hazırlanmalı və satışa çıxarılmalıdır”.
Mütəxəssis qeyd edib ki, Azərbaycanda bir də
heç vaxt nə məhdudiyyət, nə qapanma, nə də digər karantin tədbirləri olmayacaq:
Günay Rəsulqızı