Mourinyo niyə “Real”a qayıtmayıb?- Şok səbəb

Mourinyo niyə   “Real”a qayıtmayıb?- Şok səbəb
"Real”ın sabiq prezidenti Ramon Kalderon Joze Mourinyonun nə üçün "Kral klubu”na qayıda bilməməsi haqda fikirlərini açıqlayıb.

"Sky Sport”un yaydığı xəbərə görə, o deyib ki, portuqaliyalı mütəxəssis komandadan xeyli problem yaratmaqla gedib.

"Əgər o, qayıtsaydı, daha biri problemin əsasını qoyacaqdı. O, bir çox titulu olan yaxşı məşqçidir. Amma "Real”ın liderləri Mourinyonu bəyənmirdilər. Hesab edirəm ki, Mourinyo ilə bağlı qərar verilərkən bu amil nəzərə alınıb”.

Ramon Kalderon Zinəddin Zidanın yenidən "Real”ın baş məşqçisi olmasına da toxunub: "Futbolçular onu sevirlər. O, fanatların da kumiridir. Axı, həm "Real”da oynayıb, həm də məşqçi kimi komandaya üç dəfə Çempionlar Liqasının kubokunu qazandırıb”.

Xatırladaq ki, Mourinyo 2010-13-cü illərdə "Real”ı çalışdırıb. Onun rəhbərliyi dönəmində madridlilər İspaniya çempionu (2011/12), İspaniya kuboku (2011/12) və ölkə superkubokunun (2012) qalibi olub.

Zidanın dünənki təyinatına qədər o, yenidən "Real”ın baş məşqçiliyinə əsas namizədlərdən sayılırdı.

OXŞAR XƏBƏRLƏR