Moskvaya son 72 ilin ən güclü qarı yağıb

Moskvaya son 72 ilin ən güclü qarı yağıb
Dekabrın 7-də Moskvaya yağan qar son 72 ilin ən güclü qarı olub.

Bunu "Fobos” hava mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets bildirib.

Sinoptik Moskva vilayətində ən çox qarın 16 millimetr (aylıq normanın demək olar ki, 30%-i) olmaqla Jeleznodorojnı və Kolomnada qeydə alındığını da əlavə edib.

Onun sözlərinə görə, son məlumatlara əsasən artıq bugünki qarın 1949-cu ildən bəri ən güclü qar olduğunu demək mümkündür.

OXŞAR XƏBƏRLƏR