Moskvada yaşayış binasında partlayış olub, 7 nəfər yaralanıb
19:30 / 29.06.2020
2170
Rusiyanın paytaxtı Moskva şəhərinin Proxodçikov küçəsində yerləşən yaşayış binasında partlayış olub.
Sfera.az xəbər verir ki, partlayış qaz sızması nəticəsində baş verib.
Nəticədə yaşayış binasında dörd mənzildə yanğın olub. Ölkənin Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın söndürülüb, 7 nəfər xəsarət alıb və bir nəfərin vəziyyəti ağırdır. (report.az)