“Moskvada Şuşa bəyannaməsini yanlış anlayanlar var” – Aleksandr Şerin niyə narahatdır?

“Moskvada Şuşa bəyannaməsini yanlış anlayanlar var” – Aleksandr Şerin niyə narahatdır?
"Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Aleksandr Şerin bildirib ki, Türkiyə Azərbaycanı NATO-ya üzv edəcək. Moskvada Şuşa bəyannaməsini yanlış anlayanlar var”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyənin Azərbaycanda hərbi baza yaratması istisna deyil və bu Şuşa bəyannaməsinə uyğundur” sözlərini NATO-nun Azərbaycanda hərbi baza yaratması kimi oxuyublar:

"Bəli, Türkiyə NATO-nun üzvüdür. Ancaq Azərbaycanda Türkiyə hərbi baza yaradır, NATO deyil və rəsmi Bakı heç vaxt Azərbaycanın Şimali Atlantika Blokuna üzvlüyü ilə bağlı açıqlama verməyib. Belə çıxır ki, Türkiyənin Qətər dövlətində hərbi bazası varsa, Qətər NATO-nun üzvü sayılmalıdır? Məntiq yoxdur. Ona qalsa, vaxtilə ABŞ Qırğızıstanda hərbi baza yaratmışdı və Rusiya buna etiraz etməmişdi. Məgər bu Qırğızıstanın NATO üzvlüyü demək idi?”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyada bəziləri anlamaq istəmir ki, Türkiyə və Azərbaycan dil, din və etnik baxımdan bir-birinə bağlı olan iki müttəfiq dövlətdir və istədikləri qərarı veri bilərlər: "Həm də dəfələrlə deyilib ki, bu ittifaq Rusiyaya və ya başqa üçüncü dövlətə qarşı deyil”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR