Moskvada son bir gündə 77 nəfər virusdan öldü

Moskvada son bir gündə 77 nəfər virusdan öldü
Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

Sfera.az xəbər verir ki, bu barədə paytaxtın COVID-19-la bağlı vəziyyətə Nəzarət və Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, paytaxt şəhərdə son sutka ərzində koronavirusdan 77 nəfər dünyasını dəyişib.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 10 840 nəfərə çatıb.

Ümumilikdə Moskvada təxminən 772 104 nəfərin yeni virusa yoluxması təsdiq edilib. Müalicə alan 593 939 pasiyent sağalıb.

OXŞAR XƏBƏRLƏR