No Image
No Image

Moskvada mitinq – Yaralılar var, Navalnının xanımı meydana gəldi

Moskvada mitinq – Yaralılar var, Navalnının xanımı meydana gəldi

Rusiyanın paytaxtı Moskvanın Puşkin meydanında keçirilən aksiyada nümayişçilər ilə polis arasında qarşıdurma olub.

Polis aksiya iştirakçıları və çəkiliş aparan jurnalistlərə qarşı zor tətbiq edib.

İlkin məlumata görə, insident nəticəsində bir neçə nəfər yaralanaraq meydandan çıxarılıb.

Qeyd edək ki, mitinqə Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da qoşulub. O, az öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu gün bütün ölkəboyu keçirilən mitinqlərdə polis tərəfindən saxlanılan dinc nümayişçilərin sayı minə yaxındır. Nümayişlər davam edir.

Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.

A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 70 milyona yaxın izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin ABŞ-ın Nyu-York, Avropanın Paris və Amsterdam, İsrailin Təl-Əviv şəhərlərində kütləvi mitinqlər planlaşdırılıb. (report.az)

 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Generalın şəhid olduğu qəzanın səbəbi AÇIQLANDI

Türkiyə Milli Müdafiə Nazirliyi Bitlis əyalətinin Tatvan rayonunda biri general olmaqla 11 hərbçinin şəhid olduğu helikopter qəzasının başvermə səbəblərini özün...

Aleksey Navalnı təcridxanadan yoxa çıxıb – Vəkilindən açıqlama

Aleksey Navalnı "Matrosskaya Tişina” təcridxanasında deyil. Sfera.az pravda.ru-ya istinadla xəbər verir ki, Aleksey Navalnının vəkili Vadim Kobzev onunl...

“Paşinyan tamamilə uğursuz oldu” - Solovyov

Rusiyalı teleaparıcı Vladimir Solovyov müəllifi olduğu verilişdə Ermənistan rəhbərliyini tənqid edib. Sfera.az-ın məlumatına görə, Solovyov baş nazir Niko...

Paşinyanla bağlı “A” və “B” planları: Qiyam yolu ilə ildırım sürətli…

Fevralın 20-də Yerevandakı mitinqdə çıxış edən Ermənistandakı müxalif hərəkat liderlərindən biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefasına nail olac...

Rusiya razılaşsa, Ermənistan quberniya olacaq - Tevanyan

Ermənistan 33 il əvvələ, başlanğıc nöqtəsinə qayıdıb. Sfera.az xəbər verir ki, sözləri öz Feysbuk səhifəsində "Politekonomiya” Tədqiqatlar İnstitutunun rə...

Ermənilər daha bir kəndi TƏRK EDİR

Zəngəzurun Zeyvə kəndində süni məskunlaşdırılan ermənilər bu yaşayış məntəqəsini  tərk edir. Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri m...