No Image
No Image

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə HÖKM OXUNDU

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə HÖKM OXUNDU
Moskvanın Nikulinski Məhkəməsi 2020-ci ilin iyulunda "1001 gecə” adlı Azərbaycan restoranına edilən hücumda iştirak edən 7 Ermənistan vətəndaşı barəsində hökm çıxarıb.

Sfera.az xəbər verir ki, məhkəmənin qərarına görə, restorana edilən hücumdan sonra saxlanılan 7 Ermənistan vətəndaşı 2 il həbs cəzasına məhkum edilib.

Hücumdakı iştirakçıların bütün hərəkətləri müəssisədə quraşdırılmış videokamera tərəfindən qeydə alındığı üçün cinayətkarların kimliyini tapmaq polis üçün çətin olmayıb. Hücum iştirakçıları Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, habelə Razmiq Sahakyan xuliqanlıqda təqsirli bilinərək barələrində iki il müddətinə həbs cəzası qərarı verilib. Restoran sahibi məhkumlara maddi və mənəvi ziyanın ödənilməsi üçün bir iddia qaldırmayıb.

Xatırladaq ki, Moskvanın Maryino rayonunda azərbaycanlıya məxsus olan "1001 gecə” restoranına hücum 24 iyul 2020-ci il tarixində səhər saat dörd radələrində baş verib. 

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında qarşıdurmalar iki ölkənin sərhədində 12 iyul 2020-ci ildə Ermənistan tərəfindən başladılan silahlı qarşıdurmanın kəskinləşməsi fonunda baş vermişdi./Qafqazinfo

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əli Heydərovun qətlinin TƏFƏRRÜATI: silahlı cangüdən çölə çıxıb, az sonra killer atəş açıb

Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən "Al Yelkənlər” elit yaşayış kompleksinin fitnes-zalında baş vermiş səs-küylü qətl Rusiya mediasında Ukrayna ...

Saxta vaksin sənədi bu xəstəxanalarda verilirmiş: 12 nəfər işdən çıxarıldı - RƏSMİ

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə ...

Azərbaycanlı ailə ABŞ-da hökuməti aldadaraq 7.4 milyon dolları necə ələ keçirdi? – Təfərrüat

Azərbaycanlı ailə ABŞ-da dələduzluq edib. Sfera.az xəbər verir ki, Ohayo ştatında yaşayan 6 nəfərlik ailə saxta əkinçilik müəssisəsi yaradaraq hökumətdə...

Bakıda inanılmaz olay: Kişi parkda idmanla məşğul olan qadınlardan görün nə tələb etdi... - VİDEO

Bakıda parklardan birində idmanla məşğul olan qadınlar bir şəxsin hücumuna məruz qalıb. Sfera.az xəbər verir ki, sosial şəbəkədə yayılan bu görüntüdə həmi...

Mehman Hüseynovun saxlanılma səbəbi BƏLLİ OLDU

Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb. Sfera.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkov...

Sevgilisinin ailəsi gənci YANDIRDI - Azərbaycanda DƏHŞƏT

Bərdə rayonunda 1996-cı il təvəllüdlü Əliəhəd Eyvazovun üzərinə yanar maye tökülərək yandırılıb. İddiaya görə, bu hərəkət Ə. Eyvazova qarşı sevdiyi qızın ailəsi...