Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko

Moskva ona sadiq qalan Bakıya xəyanət etdi - Şevçenko
Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi.
 
Sfera.az xəbər verir ki, bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb:

"Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft sahələrinin ehtiyacları üçün tikilmiş nüvə elektrik stansiyasından İrana gizli şəkildə elektrik enerjisi satan ölkəyə dəstək oldu.

Üstəlik, indi ermənilər öz ölkələrini Rusiyanın Qafqazdakı qalası hesab edir. Təsəvvür edirsiniz, tamamilə Rusiyadan asılı olan cılız Ermənistan özünün qala olduğunu bəyan edir. Əslində isə Ermənistan tamamilə Moskvadakı erməni lobbisindən asılıdır”.

Şevçenko onu da vurğulayıb ki, Moskvadakı erməni lobbisi Vladimir Putinin şəxsən bu mövzuda ağlabatan mövqe tutduğu bir vaxtda Rusiya hakimiyyətini Azərbaycana qarşı istiqamətləndirib:

"Lakin Putin həmişə İlham Əliyevlə şəxsi münasibətlərini qoruyub”.
 

OXŞAR XƏBƏRLƏR

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...