Moskva görüşü: Paşinyan Əliyevə görə havada qalıb – VİDEO

Moskva görüşü: Paşinyan Əliyevə görə havada qalıb – VİDEO
Azərbaycan və Ermənistan liderlərinin bir neçə dəqiqə fərqlə Moskvaya uçuşu nəticəsində Paşinyanın olduğu təyyarə havada qalıb.

Sfera.az xəbər verir ki, bu barədə "Rusiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin” verilişində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü ilə bağlı reportajda qeyd olunub.

Reportajda üçtərəfli görüşün pərdəarxası görüntüləri yer alıb.

Bildirilib ki, Paşinyanın təyyarəsi Tula şəhəri üzərinə bir dəfə dövrə vurub ki, ilk olaraq İlham Əliyev Moskvaya ensin. Bunun səbəbi Kremldəki protokol qaydalarıdır. Qaydalara görə, ölkə liderləri rus əlifbası ardıcıllığı ilə Kremlə daxil olmalıdır.

Həmçinin qeyd olunur ki, görüşün açıq şəkildə keçirilən hissəsində, eləcə də görüş yekunlarının təqdim olunması zamanı Əliyevlə Paşinyan bir dəfə də olsun bir-birinə baxmayıblar. (Axar.az)

OXŞAR XƏBƏRLƏR

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...