Mollalara yenə maşın verildi

Mollalara yenə maşın verildi
"Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən 24 dini icmanın balansına minik avtomobili verilib”.

Sfera.az xəbər verir ki, bunu ONA-nın sorğusuna cavab olaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

O bildirib ki, dövlət tərəfindən dini icmalara daim diqqət və qayğı göstərilir, mütəmadi olaraq cənab Prezidentin sərəncamları ilə dini konfessiyalara maliyyə yardımları ayrılır: "Bu humanist siyasətin məntiqi davamı olaraq Prezident cənab İlham Əliyevin "Azərbaycanda dini icmaların maddi-texniki təhcizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 11 sentyabr 2018-ci il tarixli, 470 nömrəli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 (dörd yüz)min manat vəsait ayrılıb. Ayrılmış vəsait əsasında 24 ədəd (22 ədəd "Khazar SD” və 2 ədəd "NAZ Lifan” markalı) minik avtomobili alınıb və bu avtomobillər Naxçıvan Muxtar Respublikası (2 minik avtomobili) da daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən 24 dini icmanın balansına verilib. Dini konfessiya və icmalara gələcəkdə də dövlət dəstəyinin göstərilməsi istisna deyil”.

Sorğuya cavab olaraq bildirilib ki, avtomobillər verilən 24 dini icmanın siyahısı aşağıdakı kimdir.

1. Zaqatala rayonu Əliabad qəsəbəsi "Cümə” məscidi dini icması

2. Qax şəhər məscidi dini icması

3. Masallı rayonu Çaxırlı kənd məscidi dini icması

4. Lənkəran şəhər Kiçik Bazar "Hüseyniyyə” məscidi dini icması

5. Nəsimi rayonu "Hacı Əjdərbəy” məscidi dini icması

6. Azərbaycan Respublikası Gəncə şəhəri "İmamzadə Ziyarətgah” məscidi dini icması

7. Gəncə şəhəri "Şah Abbas” məscidi dini icması

8. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi Məşədi Qərib məscidi dini icması

9. Sabunçu rayonu Nardaran qəsəbəsi "Rəhimə Xanım Ziyarətgahı” məscidi dini icması

10. Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması

11. Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması

12. Şuşa məscidi dini icması

13. Balakən şəhəri mərkəzi "Cümə” məscidi dini icması

14. Tərtər şəhər "Cümə” məscidi dini icması

15. Ağdam rayon Xındırıstan kənd məscidi dini icması

16. Qazax şəhər "Cümə” məscidi dini icması

17. Biləsuvar şəhər "Cümə” məscidi dini icması

18. Neftçala şəhər Sahib əz-Zaman məscidi dini icması

19. Şəki şəhər "Ömər Əfəndi” məscidi dini icması

20. Qusar şəhəri "Mustafa Kazdal” məscidi dini icması

21. Sabirabad şəhər "Heydər” məscidi dini icması

22. Gədəbəy şəhər "Cümə” məscidi dini icması

23. Ordubad rayon dini icması

24. Babək rayon dini icması.

OXŞAR XƏBƏRLƏR

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...