Moldovanın paytaxtında Heydər Əliyevin yeni büstü qoyulacaq
13:44 / 16.04.2021
1413
Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yeni büstü qoyulacaq.
Bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, büstün müəllifi tanınmış Azərbaycan heykəltəraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.
Ulu öndərin Bakıda hazırlanmış büstü artıq Moldovaya gətirilərək səfirliyə təhvil verilib.
Ümummilli liderin büstü ölkəmizin Kişineudakı diplomatik nümayəndəliyinin yeni kompleksinin açılışı zamanı səfirliyin binasının qarşısındakı parkda qoyulacaq.