Moldava Azərbaycanın müharibə təcrübəsindən ruhlanıb – Mayya Sandunun dirənişi

Moldava Azərbaycanın müharibə təcrübəsindən ruhlanıb – Mayya Sandunun dirənişi

"Moldovada da Azərbaycandakı prosesə presedent olaraq bir şeylərin olacağını gözləyirəm”.


Sfera.az-a açıqlamasında bu sözləri Moldova Prezidenti Mayya Sandunun Dnestryanı bölgədən Rusiya sülhməramlılarının çıxarılması barədə çağırışının Qarabağın azadlığı sədasından ilhamlandığına işarə vurarkən politoloq Cümşüd Nuriyev deyib:


"Artıq bunun ilk nüansları görünməkdədir. Moldovada təbii ki, Sandunu hakimiyyətə gətirənlər var, bunlar Qərb ölkələridir. Onların məqsədi odur ki, bilavasitə NATO xəttilə Rusiya sərhədinə doğru daha da yaxınlaşsınlar.

 

Ukraynada bu proses uğurla nəticələnmədi. Belarusda ümumiyyətlə alınmadı. Bu fonda çalışacaqlar ki, Dnestyanı əyalətin problemini həll etsinlər. Çünki, Moldova, Ukrayna və Gürcüstan Azərbaycanın həyata keçirdiyi prosesə bir presedent kimi baxırlar. Düşünürlər ki, xalq istəsə onların da problemlərini həll edə bilər”.


Nuriyevin fikrincə, Kreml Moldovada müharibəyə getməyəcək:

 

"Rusiya axı buradan çox uzaqdadır. Bütün hallarda həmin ərazidən sülhməramlıların çıxması üçün Avropanın təzyiqləri artacaq. ABŞ-da Baydenin gəlişilə Rusiyaya təzyiqlərin artacağı gözləniləndir. Sandunun bu ərəfədə həmin fikirləri səsləndirməsi də məhz həmin təzyiqlərə əsas yaratmağa hesablanıb. Ona görə Moldovada da Azərbaycanda olan prosesin ardınca bir şeylərin olacağını gözləyirəm. Amma tezliklə olmayacaq”.

 

 

Elçin

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...