\"Tərəfdaşlığı yüksələn xətt üzrə davam etdirəcəyik”

\

"Azərbaycan tarixən Ukrayna üçün yalnız strateji tərəfdaş yox, həm də qardaş və dost ölkə olub. Təbii ki, məqsədimiz bu qardaşlığı və tərəfdaşlığı yüksələn xətt üzrə davam etdirməkdir”.

Bunu "Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının yeni seçilmiş birinci vitse-spikeri Ruslan Stefançuk deyib.

O qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr intensiv qarşılıqlı əməkdaşlıq və dövlətlərarası münasibətləri inkişaf etdirmək üçün geniş imkanlar yaradır: "Bizdə Azərbaycan parlamenti ilə işçi qrupu fəaliyyət göstərir. Ali Radanın yeni heyətində bu qrup daha da fəal olacaq”.

Birinci vitse-spiker bildirib ki, Azərbaycanı tolerant ölkə kimi yaxından tanıyır və burada əslən ukraynalı olan vətəndaşlar üçün yaradılan imkanları yüksək qiymətləndirir: "Azərbaycanlılar Ukraynada da çox fəaldırlar və biz ölkəmizdə yaşayan azərbaycanlıların fəal rolunu mütəmadi olaraq hiss edirik. Məsələn, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov hər zaman komandamızın ən yaxın dostu olub. O eyni zamanda Ukrayanada yaşayan azərbaycanlıların fəal lideridir və Ukraynanın qaynar həyatında fəal şəkildə iştirak edir. Yeni siyasi komanda olaraq Ukraynada Azərbaycan diasporu ilə sıx əməkdaşlığa daha çox diqqət ayıracağıq"


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...