Modern.az-ın əməkdaşı bələdiyyə üzvü SEÇİLDİ

Modern.az-ın əməkdaşı bələdiyyə üzvü SEÇİLDİ
 

Modern.az saytı ilə əməkdaşlıq edən gənc jurnalist, hazırda Mədəniyyət və İncənət Universitetində rejissorluq ixtisası üzrə ali təhsilini davam etdirən Leyla Əsədullayeva 23 dekabr tarixində keçirilmiş bələdiyyə seçkisində uğur qazanıb.

L.Əsədullayeva 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürmüşdü. O, Qaradağ rayonunun Korgöz bələdiyyəsinə üzv seçilib.

Leyla Əsədullayeva həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Bu çətin seçki marafonunun sonunda qazandığım qələbə məni həqiqətən çox sevindirdi. Mənə inanan və namizəd olaraq öz sıralarına alan Yeni Azərbaycan Partiyasına, partiyanın rəhbəri, ölkə başçısı İlham Əliyev cənablarına öz təşəkkürümü bildirirəm.
Mənim fəaliyyətimi hər zaman dəstəkləyən YAP Qaradağ rayon təşkilatına minnətdaram.
Əziz seçicilərim, ən böyük təşəkkür isə sizə düşür. Bu müddət ərzində məni tək qoymadığınız üçün sizə minnətdaram. Mənim namizədlik platformam da məhz sizlərin sosial rifahının yaxşılaşdırılması və gənclərin inkişafı üzərində qurulmuşdu. Üzvü olacağım Bələdiyyədə sizin maraqlarınızı ən mükəmməl şəkildə müdafiə edəcəyimə söz verirəm”,- L.Əsədullayeva bildirib.

Qeyd edək ki, Leyla Əsədullayeva Modern.az-da ştatdankənar müxbir kimi Leyla Şah imzası ilə çıxış edir. O, mədəniyyət və ədəbiyyat sahəsindən yazır.


OXŞAR XƏBƏRLƏR

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb. Sfera.az xarici mediaya ...

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...