Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”

Moderator.az-ın 7 yaşı tamam oldu - Baş redaktor: “Studiyamız açılacaq”

 

Bu gün Moderator.az xəbər portalı ad gününü qeyd edir.


Sfera.az saytı xəbər verir ki, Moderator.az-ın fəaliyyətə başlamasından 7 il ötür.

 

Gündəlik 3 dildə - Azərbaycan, rus və ingilis dillərində xəbərlər yayan portal 2012- ci il noyabrın 5-da fəaliyyətə başlayıb..

 

Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadə ad günü təəsüratlarını Modern.az saytı ilə bölüşüb.

 


"Öncə Modern.az-çılara öz təşəkkürümüzü bildiririk. Bir həmkar olaraq, bizə hər zaman diqqət göstərmisiniz”.

 

Baş redaktor rəhbərlik etdiyi xəbər portalının daim irəliyə baxdığını, yeniliklər haqda düşündüyünü bildirib:

"Bizim də əsas hədəflərimizdən biri təkcə internet saytı kimi yox, eyni zamanda internet televiziyası kimi fəaliyyət göstərməkdir.  Təbii ki, bu da maddiyata bağlı bir məsələdir.  Azərbaycan mediasında müstəqil şəkildə fəaliyyət göstərən Moderator.az xəbər portalı heç bir qurum tərəfindən maaliyələşdirilmir, dostlar və tanışların dəstəyi ilə öz işini davam etdirir.
2020-ci ildə bizim də internet televiziyası kimi fəaliyyət göstərəcək studiyamız yaranacaq.  Hər bir media qurumu kimi, biz də çalışırıq ki, oxucunun sarı siminə toxunan xəbərlər yayaq. Eyni zamanda, rəngarəng və maraqlı xəbərlər axtarışına çıxırıq. Ancaq ən vacib məqam  oxucunun rəğbətini qazanmaqdır. Təvazökarlıqdan uzaq olsa da söyləyəcəm: Moderator.az  Azərbaycan oxucusunun rəğbətini qazananan xəbər portallarından biridir. Bu gün də bunun əyani şahidi olduq. Səhər açılandan  mediadakı dostlarımız, eyni zamanda, dəyərli millət vəkilləri, mərkəzi icra hakimiyyətlərində çalışanlar bizi təbrik edirlər. Bir daha kolektivimiz adından hər kəsə öz minnətdarlığımızı bildiririk”.


 


OXŞAR XƏBƏRLƏR