MN: Ötən il “Qaynar xətt”ə 15 mindən çox müraciət daxil olub

MN: Ötən il “Qaynar xətt”ə 15 mindən çox müraciət daxil olub
Daxil olan müraciətlərin qəbul edilməsi, vətəndaşlar ilə birbaşa ünsiyyətin qurulması və onları maraqlandıran sualların dərhal cavablandırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan "Qaynar xətt" fəaliyyət göstərir. 2020-ci il ərzində Müdafiə Nazirliyinin "Qaynar xətt”inə 15206 müraciət daxil olub, onlardan 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib.

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

"Təkcə 2020-ci il sentyabr ayının 27-dən 2021-ci il yanvar ayının 10-dək vətəndaşlardan 5465 müraciət daxil olub, onlardan 2269-u şifahi qaydada cavablandırılıb, 3196-sı isə qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və cavablandırılması üçün nazirliyin müvafiq strukturlarına göndərilib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə daxil olan müraciətlər əsasən valideynlərin hərbi xidmətdə olan övladları ilə əlaqənin saxlanılması (971 müraciət), şəhid olmuş və itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların alınması (742 müraciət), hərbi qulluqçuların ailələrinə yardım edilməsi (449 müraciət) və könüllü döyüşə getmək (386 müraciət) ilə əlaqədar olub.

Ailə-məişət və sosial məsələlərlə bağlı digər müraciətlər də qeydiyyata alınaraq həll olunması üçün nazirliyin müvafiq qurumlarına yönləndirilib", - nazirlikdən bildirilib.

OXŞAR XƏBƏRLƏR

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...