No Image
No Image

MN: Ötən il “Qaynar xətt”ə 15 mindən çox müraciət daxil olub

MN: Ötən il “Qaynar xətt”ə 15 mindən çox müraciət daxil olub
Daxil olan müraciətlərin qəbul edilməsi, vətəndaşlar ilə birbaşa ünsiyyətin qurulması və onları maraqlandıran sualların dərhal cavablandırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan "Qaynar xətt" fəaliyyət göstərir. 2020-ci il ərzində Müdafiə Nazirliyinin "Qaynar xətt”inə 15206 müraciət daxil olub, onlardan 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib.

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

"Təkcə 2020-ci il sentyabr ayının 27-dən 2021-ci il yanvar ayının 10-dək vətəndaşlardan 5465 müraciət daxil olub, onlardan 2269-u şifahi qaydada cavablandırılıb, 3196-sı isə qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və cavablandırılması üçün nazirliyin müvafiq strukturlarına göndərilib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə daxil olan müraciətlər əsasən valideynlərin hərbi xidmətdə olan övladları ilə əlaqənin saxlanılması (971 müraciət), şəhid olmuş və itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların alınması (742 müraciət), hərbi qulluqçuların ailələrinə yardım edilməsi (449 müraciət) və könüllü döyüşə getmək (386 müraciət) ilə əlaqədar olub.

Ailə-məişət və sosial məsələlərlə bağlı digər müraciətlər də qeydiyyata alınaraq həll olunması üçün nazirliyin müvafiq qurumlarına yönləndirilib", - nazirlikdən bildirilib.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İstədim ona deyim ki, mən də səni, qaqa. Amma gözlərim artıq bağlandı... - FOTO

Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materia...

30 gün ağ çörək yeməsəniz – Orqanizmdə nə baş verər?

Etiraf edin ki, ayda ən çox tükətdiyiniz qida çörək, bizdə dəbdə olan ağ undan zavod və təndir çörəyidir. Sağlamlığının qeydinə qalan insanlar birinci olaraq ağ...

Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - Qaydalar təsdiqləndi

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən...

Köhnə avtomobil idarə edən sürücülərin NƏZƏRİNƏ: Yeni proqram hazırlandı

"Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir”. Sfera.az  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook” səhi...

20 Yanvar hadisələrindən 31 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Sfera.az-ın xəbərinə görə, Qanlı Yanvar hadisələ...

Dünyaca məşhur fotoqrafdan 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım – FOTO

Dünyaca məşhur fotoqraf Reza Deqati 20 Yanvar hadisələri ilə əlaqədar kitab dərc edib. Sfera.az xəbər verir ki, fotoqraf bu barədə öz "Twitter” səhifəsind...