MN rəsmisi sualları cavabladı - Video

MN rəsmisi sualları cavabladı - Video
 

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələrdə Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

"Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib ki, sosial şəbəkələrdə müxtəlif dedi-qodular, söz- söhbətlər gedir: "Müxtəlif istiqamətlərdə guya hansısa əməliyyatların keçirilməsiylə bağlı əsassız məlumatlara yayılır. Bir daha xalqımıza, o cümlədən  Kütləvi İnformasiya Vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edirəm. Ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyi onlardan xahiş edirik. Dedi-qodu yayılması  düşmən dəyirmanına su tökməkdir.  

Təvəqqe edirik ki,  ancaq rəsmi məlumatlara istinad etsinlər. Dünən sosial şəbəkədə bir qrup vətəndaşlarımız Azərbaycan ordusuna dəstək, Qarabağın azad olunmasıyla bağlı şüarlar səsləndirərək çağırışlar ediblər. Onlar Qarabağ uğrunda yekdilliklə ayağa qalxmağa çağırışlar ediblər. Vətənpərvərlik hissindən gələn bu çağırışları biz anlayırıq. Ancaq bildirmək istəyirik ki, Azərbaycan əsgəri düşmənə layiqli cavab verməyə hazırdır və bunu edir. Ona görə də sosial şəbəkələrdə bu cür söz-söhbətlərin yayılmasına ehtiyac yoxdur.  Bu cür məlumatların yayılması düşmənin maraqlarına xidmət edir”.

 

Həmin videonu təqdim edirik:


 

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Azərbaycanda daha bir qadağa ləğv olundu - VİDEO

  Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edi...

ƏHALİYƏ XƏBƏRDARLIQ - Karantin qaydaları yenidən sərtləşdirilə bilər - VİDEO

  "Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi ...

DİQQƏT! Bunu edənlər 200 manat cərimə edilir - 40 gün ərzində...

  Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin m...

190 manat birdəfəlik ödəmə nə vaxtadək olacaq - VİDEO

 Bu gün hər kəsi düüçndürən sual birdəfəlik 190 manatın nə zamana kimi ödənilməsidir.   Sfera.az  xəbər verir ki, mövzu ilə bağlı rəsmi açıqla...

XƏBƏRDARLIQ! Bunu edənləri 100 AZN cərimə və ya 30 sutka həbs gözləyir - VİDEO

  Bəzi qadağalar aradan qaldırıldıqdan sonra şəhər daxilindəki bütün polis postları yığışdırılıb. Sfera.az  xezerxeber.az-a istinadla xəbər ver...

Bu şəxslər sosial yardım ala biləcəklər — Qaydalarda yenilik — VİDEO

 Krediti olan ailələr də ünvanlı sosial yardım ala biləcəklər.   Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbə...